Zaqatalada əməliyyat: Üzərində silah gəzdirən şəxs tutuldu

  • 04.10.2019
  • 0

Balakən sakinindən tapança götürülüb.

 

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirib. Əməliyyat tədbirləri nəticəsində Balakən rayonu, Mahamalar kənd sakini Samir Qaracayev saxlanılıb. Zaqatala şəhəri ərazisində saxlanılan S.Qaracayevin üzərindən 1 ədəd tapança aşkar edilərək götürülüb.

Nə düşünürsən?