Yük maşını yolda belə təhlükə saçdı

  • 04.10.2019
  • 0

Sürücülər qayda pozmaqla yanaşı dövlət qeydiyyat nişanını da gizləyiblər. Belə bir halda qayda pozansürcünün tapılması sual çətinlik yaradır.


Sürətli yolda hərəkət edən yük maşınından hər an mişar daşları yola tökülə bilər.


Avtomobillərin sürətlə şütüdüyü yolda yükdaşıma qaydalarını pozan sürücü üstəlik nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının da gizlədib. Avtomobilin arxasında isə sadəcə bir yazı var: "UNUT MƏNİ".


Görüntülər Ələt Astara yolunda lentə alınıb.Yük maşının sürücüsü mişar daşı ilə dolu avtomobili təhlükəsizlik qaydalarına əməl etmədən idarə edir.


Eyni yolda digər yük avtomobilinin də sürücüsü qaydaları kobud şəkildə pozur. Bu sürücü də yükdaşıma qaydalarını pozmaqla yanaşı avtomobilin qeydiyyat nişanını gizlədib.


Videonu çəkən sürücünün sözlərinə görə sürətli yolda belə yük avtomobillərinə tez tez rast gəlmək mümkündür.


Avtomobilin sahibi olduğunu iddia edən şəxs isə sosial şəbəkələrdə videonu paylaşanları təhqir və təhdidedib.


Sürücü XəzərXəbər-ə isə həmin vaxt avtomobili başqasının idarə etdiyini deyib. Lakin səhvini başa düşmək əvəzinə videonu çəkib yayanı axtarır.


Yol hərəktəi üzrə ekspert Azər Allahverənov bildiri ki, sürücü kobud şəkildə bir neçə qaydanı eyni vaxtda pozub.


Azər Allahverənov onu da bildirdi ki, sürücü digər hərəkət iştirakçıları üçün də ciddi təhlükə yaradıb.

Nə düşünürsən?