Yeni “Isuzu D-Max”

  • 04.10.2019
  • 0

Yaponiya avtomobili istehsalçısı “Isuzu” oktyabrın 19-da Taylandda xüsusi bir tədbirdə yeni nəsil “D-Max” pikapını nümayiş etdirəcək.

Ucnoqta.az xəbər verir ki, yeni pikapın çərçivə quruluşu və davamlı arxa körpüsünün saxlanılacağı qeyd edilib.

Budan əlavə, avtomobil əvvəlkindən komfortlu və daha zəngin olacaq. Həmçinin, müasir elektron köməkçilər kompleksi, avtomatik əyləc sistemi daxil olmaqla bir sıra yeniliklər əldə edəcək.

Avropaya 1.9 litrlik turbodizelli mühərriklə çalışan, digər regionlara isə 3 litrlik turbodizelli “Isuzu D-Max” pikapı təklif olunacaq.

Avtomobillərin satışına 2020-ci ildə başlanılacaq.

 

Namiq Musayev

Nə düşünürsən?