“An-12” yanacaq çatışmazlığı səbəbindən sərt eniş etdi: 3 nəfər ölüb, 2 nəfər isə itkin düşüb

  • 04.10.2019
  • 0

Ukraynada An-12 təyyarəsi yanacaq çatışmazlığı səbəbindən “Lvov” beynəlxalq aeroportu  yaxınlığında qəza enişi edib. Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təyyarə Viqo (İspaniya) – Lvov marşrutu ilə hərəkət edib, təyyarədə 8 nəfər olub. Onlardan 3-ü dünyasını dəyişib, 2 nəfərin isə taleyi barədə hələ ki, məlumat yoxdur.

Hadisə yerinə xilasetmə briqadaları cəlb olunub. Araşdırmalar aparılır.

 

Namiq Musayev

Nə düşünürsən?