Villianın 300-cü oyununda vurduğu gözəl qol

  • 03.10.2019
  • 0

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Lill”lə keçirilən oyun “Çelsi” nin futbolçusu Villian üçün əlamətdar olub. 


Offsideplus.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi London klubunun forması ilə 300-cü oyununu keçirib. O, həm də komandasına qələbə qazandıran qolun müəllifi olub.

Qeyd edək ki, 2013-cü ildən “Çelsi”də çıxış edən Villian, 300 oyunda 54 qol vurub və 53 məhsuldar ötürmə edib.

Nə düşünürsən?