5 metrlik piton “Range Rover”in üstünə çıxıb turistlərə hücum etdi

  • 03.10.2019
  • 0

CAR-ın (Cənubi Afrika Respublikası) Durban şəhərində gəzintiyə çıxan turistlər 5 metrlik piton ilanının hücumuna məruz qalıblar. Avtosfer.az xəbər verir ki, turistlər qumlu ərazidə gəzərkən bir qayığın altında yatan piton görüblər. Onlardan biri pitonun şəkilini çəkərkən, digəri isə ilanın quyruğuna toxunub. Quyruğunun çəkilməsi ilə hərəkətə keçən iri piton “Range Rover” markalı avtomobilin üzərinə çıxıb. Bundan sonra çaxnaşmaya düşən turistlər nəqliyyat vasitələrinə minərək ərazidən uzaqlaşıblar. Afrika qaya pitonu uzaqlaşan avtomobilləri bir müddət izlədikdən sonra, istiqamətini dəyişərək gözdən itib.

Zəhərli olmayan qaya pitonları, şikarına böyük bir güclə sarılaraq öldürür.

 

Namiq Musayev

Nə düşünürsən?