Oğlunu çəkələklə vuran anaya ağır cəza verildi: "Tərlik" silah sayıldı

  • 03.10.2019
  • 0

Türkiyənin Əskişəhər şəhərində tərlik ataraq öz uşağının dişlərini qıran anaya məhkəmə 7500 lirə cəza kəsib.

Bizimyol.info Türkiyə mediasına istinadən xəbər verir ki, hadisədən öncə boşanma ərəfəsində olan F.T-nin əri bu vəziyyətdən istifadə edib və arvadının uşağa atdığı tərliyin soyuq silah hesab edilməsinə nail olub.


Ana məhkəmədə ifadə verərkən bildirib ki, əslində niyyəti uşağı döymək olmayıb. “ Həmin gün evdə iki uşaq və mən bir -birimizə yastıq ataraq əylənirdik. Balaca oğlumun o zaman 7 yaşı vardı, yastığı kənara atıb bizə tərlik atmağa başladı. Mən oğlum olmaz desəm də o dayanmadı. Tərliyi əlindən alıb kənara atmaq istədim, o havada tutmaq istərkən tərlik ağzına dəydi və dişi sındı”.


Bu ifadələrdən sonra məhkəmə F.T-yə 7500 lirə cəzası verib.

Nə düşünürsən?