Jurnalistlərin evləri qeydiyyata alındı

  • 03.10.2019
  • 0

Jurnalistlər üçün inşa edilmiş ikinci binada keçirilən səyyar qeydiyyat xidməti çərçivəsində jurnalistlər bağışlanma müqaviləsi imzaladyıbar.


Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin səyyar qeydiyyat xitməti jurnalistlər üçün inşa olunan binanan həyətində ilkin sənədləri toplayıb.


Mənzil sahibləri məkana gətirilən mobil ofislərə lazım olan sənədləri təqdim ediblər.


KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, binada mənzilə çıxarışların verilməsi üçün artıq 100-dək sənəd təqdim olunub.


Mənzillərin 2-ci sənədləşmə işləri üçün mənzil sahiblərinə 20-30 gün müddətində vaxt veriləcək və daha sonra yenidən sənədləşmə işləri aparılacaq.


Mənzil sahibləri fikirlərini media nümayəndələri ilə bölüşüblər.


Qeyd edək ki, Jurnalistlər üçün inşa edilən üçüncü binanın tikinti işləri qrafikə uyğun davam edir və 2020-ci ildə həmin bina üzrə mənzillərin jurnalistlərə verilməsi nəzərdə tutulur.

Nə düşünürsən?