“Jurnalistlər binası”nda “kupça” verilir

  • 02.10.2019
  • 0

Jurnalistlər binasında media nümayəndələri üçün səyyar qeydiyyat xidməti başlayıb.

Əmlak Məsələləri Dövlət Komitəsi,Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun iştirakı ilə həmin binada səyyar qeydiyyat xidməti göstərərək media nümayəndələrindən əmlaklarına dair ilkin sənədləri toplayıb. Jurnalistlər yaşadıqları məkana gətirilən mobil ofislərə şəxsiyyət vəsiqəsini, maliyyə arayışını, protokoldan çıxarışını təqdim ediblər.Mərasimdə iştirak edən kivdf-nin icraçı direktoru vüqar səfərli bildirib ki, çıxarışların alınması üçün artıq 100-dək sənəd təqdim olunub.

Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Qulu Xəlilov bildirdi ki, Çıxarışlar barədə bütün məlumatlar şəxsin telefon nömrəsinə və elektron poçt ünvanına göndəriləcək. Qulu Xəlilov həmçinin əlavə etdi ki, Jurnalistlər üçün tikilən binalarla yanaşı, digər istismarına icazə verilən binalardakı mənzillərin də elektron çıxarışla təmin olunması həyata keçirilir.

Qeyd edək ki, belə kampaniyaların keçirilməsində əsas məqsədlərdən biri vətəndaş məmnunluğunun təmin edilməsidir..

Nə düşünürsən?