Rusiya İrəvanı çıxılmaz vəziyyətə salacaq: Paşinyan yenə uduzdu

  • 02.10.2019
  • 0

Ermənistanda Avrasiya İqtisadi Birliyinin növbəti sammiti keçirilib. Lakin sammit Ermənistanın, dolayısıyla baş nazir Nikol Paşinyanın istədiyi səviyyədə olmayıb. Belə ki, Ermənistan baş nazirinin Rusiya prezidenti ilə görüşmək cəhdləri yalnız səfərin sonunda belə demək mümkünsə urvatsız bir formada baş tutub. Bu isə onun hələ də beynəlxalq səviyyədə nüfuzunun olmaması və ciddi siyasətçi kimi qəbul edilməməsinin göstəricisidir.


İrəvanda baş tutan Avrasiya İqtisadi Birliyinin növbəti sammiti Ermənistanın və onun baş nazirinin nüfuzunun hansı səviyyədə olduğunun göstəricisi kimi yadda qaldı.


Belə ki, Ermənistanın sammitə ev sahibliyi etməsinə baxmayaraq Rusiya prezidenti Vladimir Putin baş nazir Nikol Paşinyanla son anda görüşüb. Bu görüş isə sammit ərəfəsində deyil sammit çərçivəsində və günün sonunda baş tutub. Hətta Ermənistan mediası da təsdiqləyib ki, sammitdən öncə Paşiyan Putinlə görüşmək üçün ciddi səylər göstərib. Bütün səylərə baxmayaraq Paşinyan yalnız tədbirin sonunda urvatsız bir görüşə nail ola bilib. Siyasi ekspertlər bunun səbəbini Paşinyanın ciddi siyasətçi kimi qəbul edilməmsi ilə izah edir.


Əslində isə protokol qaydalarına əsasən zirvə görüşünü təşkil edən ölkənin rəhbəri ayrı-ayrılıqda hər bir dövlət və hökumət başçısı ilə görüşür, bir çox hallarda bu görüş geniş tərkibdə keçirilir, ikitərəfli münasibətlər müzakirə olunur. Maraqlısı budur ki, Paşinyan baş nazir olandan sonra Putin bu ölkəyə elə ilk səfərindəcə Paşinyanı mümkün qədər yaxınına buraxmadı.


Paşinyan isə bu uğursuzluğunu ənənəvi selfi diplomatiyası ilə ört basdır etməyə çalışdı. ABŞ səfərində olduğu kimi.


Ekspert Azər Həsrət deyir ki, dövlətlərarası əlaqələrdə liderlərin qarşılıqlı münasibətləri onların bir birlərinə hörməti xüsusi əhəmiyyət daşıyır. Biz bunu Azərbaycan prezidentinin digər dövlət başçıları ilə münasibətlərində aydın görürük.


 


Azərbaycan prezidenti İlham Əliyevin Rusiyada keçirilən dünyanın məşhur "beyin mərkəzləri"ndən biri olan "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında dəvət olunması da buna sübutdur. Nəzərə almaq lazımdır ki, bu tip tədbirlərə məhdud sayda dövlət başçıları özü də xüsusi dəvət əsasında qatılırlar.

Nə düşünürsən?