Bu şəxsin deputatlığı ləğv edildi

  • 02.10.2019
  • 0

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Rafael Cəbrayılovun deputat mandatından məhrum edilməsi ilə bağlı məsələyə baxılıb. Müzakirələrin nəticəsi olaraq onun millət vəkili səlahiyyətlərinə xitam verilib. Bildirilib ki, Rafael Cəbrayılovunhərəkətləri deputat fəaliyyəti ilə uzlaşmır.


Rafael Cəbrayılovun deputat səlahiyyətlərinə xitam verildi.


Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında verilib. İclasda əvvəlcə Rafael Cəbrayılovun özününmandatdan məhrum edilməsi üçün etdiyi müraciət məktubu oxunub. Daha sonra müzakirə aparılaraq bildirilib ki, sosail şəbəkələrdə haqqında yayılan məlumatlar, eləcə də Rafael Cəbrayılovun yol verdiyi nöqsanlar deputat fəaliyyəti ilə uzlaşmır.


Sonra səsvermə keçirilib və Rafael Cəbrayılov deputat mandatından məhrum edilib.


Daha sonra iclasın gündəliyində olan bir neçə məsələyə baxılıb.

Nə düşünürsən?