Aeroport şossesində qəza törədən sürücü hadisə yerindən qaçıb

  • 02.10.2019
  • 0

Aeroport şossesində yüksək sürətlə hərəkət edən avtomobil arakəsməyə çırpılaraq qəza törədib. Yol-nəqliyyat hadisəsi  Bakının Suraxanı rayonunda qeydə alınıb.

 APA TV-nin məlumatına görə hava limanı istiqamətində hərəkətdə olan və Gürcüstan dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobil dəmir arakəsməyə çırpılıb.

İdarəetmədən çıxan avtomobil bir neçə dövrə vuraraq beton səkiyə də dəyib. Sürücü isə hadisə yerindən uzaqlaşıb.

Əraziyə BŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib. Avtotexniki ekspertiza təyin olunub.

Qeyd edək ki, qəza nəticəsində yol infrastrukturuna da ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?