“Sayqa Afaqın görüntüsü vasitəsilə şou qurub” - Şok açıqlama

  • 02.10.2019
  • 0

Əməkdar artist Dilarə Əliyeva ARB TV-nin efirində yaşanan qalmaqallı hadisə barədə danışıb. 

Məşhur aktrisa-aparıcı “Qafqazinfo”ya açıqlamasında çalışdığı kanalda “Sayqa ilə” proqramında müğənnilərdən birinin qarşısında diz çökərək ona evlilik təklifi edən gəncin fonunda yaradılmış şounun əleyhinə olmadığını bildirib:

“Nə proqramı izləmişəm, nə də televiziyada həmin ana baxmışam. İctimai TV-də də sözügedən söhbət haqda sadəcə eşitmişəm. Bildiyiniz qədərilə instaqramda da yoxam, qarşıma çıxmayıb. Başım hazırda çox qarışıqdır. Amma vəziyyəti görmədiyim üçün dəqiq bir şey deyə bilmərəm. Bildiyim qədər televiziya elə bir yerdir ki, orada olan və olmayan hadisələr istər real, istərsə də bədii şəkildə öz yerini ala bilər. 

Sayqanın verilişi də əyləncəli bir proqramdır. Əyləncəli proqram çərçivəsində hansısa şou qurmaq olar. Hadisənin təqdimatını bilmədiyim üçün bu barədə əlavə şərh verə bilmirəm. Düşünülmüş bir şou kimi təqdim oluna bilər. Həmin müğənni görüntüsü ilə müzakirələrə səbəb olan bir insandır. Düşünürəm ki, Sayqa Cahid də ifaçının bu cür vəziyyətlərindən istifadə edərək şou qurmaq istəyib. Mənə görə televiziyada bu, qəbul olunandır. Amma əsas təqdimatdır”.