Vacib süjet: "Piyada zolaqları mütəmadi yenilənməlidir"

  • 01.10.2019
  • 0

Yollarda piyadaların təhlükəsizliyi üçün səkilər qədər önəmli digər vasitə "Zebra" adlandırdığımız piyada zolaqlarıdır. Lakin Bakının bəzi küçələrində bu zolaqlar silinir ki, bu da sürücülərlə piyadalar arasında gərgin anlar yaşadır.

Sfera.az milli.az-a istinadla xəbər verir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Bəzən sürücülər bu zolaqlardan istifadə edən vətəndaşları ya görmür, ya da görməməzlikdən gəlir. Bəzən isə piyadalar yolları təhlükəli olan, onlar üçün nəzərdə tutulmayan yerlərdən keçirlər. Elə yerlər də var ki, görünməyən və ya rəngi pozulan zolaqların mövcudluğu sürücü və piyadalar arasında ziddiyətə  yol açır.

Eyni zamanda zolağın görünməməsi və ya rənginin getməsi piyada vurulma risklərini də artırır.

Elməddin Muradlı  - Yol nəqliyyat eksperti: "Əvvəllər bu boyaların tərkibinə fosfor, şüşə tozu, alüminium qırıntıları və digər kimyəvi maddələr qatırdılar. Axşam saatlarında avtomobillərin işığı piyada keçidinə düşdüyü zaman keçid işıq saçırdı və görünürdü. Sürücü piyada keçidini görüb sürəti azaldırdı. İndi piyada keçidlərində bu effekti cəmi 1 ay görə bilərsən".

Sakin: "Bu məsələ əsl problemdir. Bəzən dayanırıq silinmiş piyada keçidinin önündə, onlar da keçidi görmürlər, heç bir maşın bizə yol vermir".

Paytaxtın mərkəzi küçə və prospektlərində zolaqların görünməsində problem olmasa da, bir qədər kənarlarda, şəhərətrafı qəsəbə və massivlərdə, nəqliyyatın az intensiv olduğu küçələrdə uzun müddət boyanmamış qalan piyada keçidləri kifayət qədərdir. Aidiyyəti qurum Bakı Nəqliyyat Agentliyi (BNA) əvvəlki dövrlərə nəzərən piyada zolqalarına nəzarətin gücləndiriliyini deyir.

Mais Ağayev - BNA-nın mətbuat katibi: "Bu ilin 8 ayı ərzində Bakı şəhərində 100-dən artıq piyada zolağı rənglənib".

Mütəxəssislər deyir ki, hərəkət intensivliyindən və meteoroloji amillərdən asılı olaraq boyaların rəngi bir müddətdən sonra solması mümkündür. Buna görə də yol nişanlama işlərində daha keyfiyyətli vasitələrdən istifadə olunması vacibdir.

Mais Ağayev - BNA-nın mətbuat katibi: "Piyada səkilərində boyanın keyfiyyətinin artırılması ilə bağlı da işlər görülüb. Hazırda piyada keçidləri ilə bağlı da iki komponentli boyalardan istifadə edilir".

Qaydalara görə, Piyada zolaqlarının rəngləmə işləri magistral yollarda hər 5-6 aydan bir, şəhər içi yollarda 2-3 aydan bir intensivliyə görə yenidən rənglənməlidir. Yollarda piyadaların təhlükəsizliyi üçün səkilər qədər önəmli digər vasitə "Zebra" adlandırdığımız piyada zolaqlarıdır. Lakin Bakının bəzi küçələrində bu zolaqlar silinir ki, bu da sürücülərlə piyadalar arasında gərgin anlar yaşadır.

Sfera.az milli.az-a istinadla xəbər verir ki, ARB TV-nin "Günə Doğru" proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.

Bəzən sürücülər bu zolaqlardan istifadə edən vətəndaşları ya görmür, ya da görməməzlikdən gəlir. Bəzən isə piyadalar yolları təhlükəli olan, onlar üçün nəzərdə tutulmayan yerlərdən keçirlər. Elə yerlər də var ki, görünməyən və ya rəngi pozulan zolaqların mövcudluğu sürücü və piyadalar arasında ziddiyətə  yol açır.

Eyni zamanda zolağın görünməməsi və ya rənginin getməsi piyada vurulma risklərini də artırır.

Elməddin Muradlı  - Yol nəqliyyat eksperti: "Əvvəllər bu boyaların tərkibinə fosfor, şüşə tozu, alüminium qırıntıları və digər kimyəvi maddələr qatırdılar. Axşam saatlarında avtomobillərin işığı piyada keçidinə düşdüyü zaman keçid işıq saçırdı və görünürdü. Sürücü piyada keçidini görüb sürəti azaldırdı. İndi piyada keçidlərində bu effekti cəmi 1 ay görə bilərsən".

Sakin: "Bu məsələ əsl problemdir. Bəzən dayanırıq silinmiş piyada keçidinin önündə, onlar da keçidi görmürlər, heç bir maşın bizə yol vermir".

Paytaxtın mərkəzi küçə və prospektlərində zolaqların görünməsində problem olmasa da, bir qədər kənarlarda, şəhərətrafı qəsəbə və massivlərdə, nəqliyyatın az intensiv olduğu küçələrdə uzun müddət boyanmamış qalan piyada keçidləri kifayət qədərdir. Aidiyyəti qurum Bakı Nəqliyyat Agentliyi (BNA) əvvəlki dövrlərə nəzərən piyada zolqalarına nəzarətin gücləndiriliyini deyir.

Mais Ağayev - BNA-nın mətbuat katibi: "Bu ilin 8 ayı ərzində Bakı şəhərində 100-dən artıq piyada zolağı rənglənib".

Mütəxəssislər deyir ki, hərəkət intensivliyindən və meteoroloji amillərdən asılı olaraq boyaların rəngi bir müddətdən sonra solması mümkündür. Buna görə də yol nişanlama işlərində daha keyfiyyətli vasitələrdən istifadə olunması vacibdir.

Mais Ağayev - BNA-nın mətbuat katibi: "Piyada səkilərində boyanın keyfiyyətinin artırılması ilə bağlı da işlər görülüb. Hazırda piyada keçidləri ilə bağlı da iki komponentli boyalardan istifadə edilir".

Qaydalara görə, Piyada zolaqlarının rəngləmə işləri magistral yollarda hər 5-6 aydan bir, şəhər içi yollarda 2-3 aydan bir intensivliyə görə yenidən rənglənməlidir. 

Nə düşünürsən?