Загрузка...

Moskva Şəhər Dumasında nar sərgisi

01.10.2019 | 2 | 0

Moskva Şəhər Dumasında Rusiyanın və Azərbaycanın əməkdar rəssamı Əsgər Məmmədovun “Nar dalğaları” adlı fərdi sərgisi açılıb.


Sərgidə Azərbaycan və Rusiya, Qarabağ, Bakı mənzərələri və digər mövzularda çəkilən peyzajlar, natürmortlar, portretlər toplanıb.


Açılış mərasimində çıxış edən Moskva Şəhər Dumasının sədri Aleksey Şapoşnikov vurğulayıb ki, Rusiya ilə Azərbaycanı mehriban dostluq əlaqələri birləşdirir və bu münasibətlər bundan sonra da möhkəmlənəcək:


“Moskva ilə Bakı, Rusiya ilə Azərbaycan arasındakı mədəni münasibətlərin inkişafı ən yüksək səviyyədədir .Deməliyəm ki, mədəni münasibətlərin bu səviyyədə olmasına görə, səfir Polad Bülbüloğluna böyük təşəkkür düşür. Məhz onun səyləri nəticəsində Azərbaycan mədəniyyəti Rusiyada təbliğ olunur, moskvalılar DA bunu böyük məmnuniyyətlə qəbul edirlər. Moskvada böyük Azərbaycan icması yaşayır. Onlar bizim və ya səfirliyin Keçirdiyi bütün mədəni tədbirlərə maraqla yanaşırlar və aktiv iştirak edirlər. Mən əminəm ki, bu günkü sərgi bizim gələcəkdə həm iqtiasdi, həm Mədəni, həm də hümanitar layihələrin inkişafı üçün bir addımdır. Hesab edirəm ki, iki ölkə arasında münasibətlərdə sərhəd yoxdur”


Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu isə Əsgər Məmmədovu fərdi sərgisinin açılması münasibəti ilə təbrik edib.


Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi zamanı Ə.Məmmədovun əsərlərinin saxlandığı ev muzeyinin yandığını və rəsmlərinin məhv olduğunu qeyd edib və bildirib ki, buna baxmayaraq rəssam fəaliyyətini davam etdirir və onun əsərlərində Vətən həsrəti hiss olunur.


Gecənin digər çıxışçıları da rəssamın yaradıcılığından söhbət açıblar.


Sərgi oktyabrın 11-dək davam edəcək.

yüklənir...
Nə düşünürsən?