Komitə sədri: “Əhalinin siyahıya alınmasında məqsəd…”

  • 01.10.2019
  • 0

"Ölkədə əhalinin siyahıya alınmasına sentyabrın 30-dan oktyabrın 1-ə keçən gecədən (saat 00:00) başlanıb".


APA TV-nin məlumatına görə, bunu oktyabrın 1-dən 10-a qədər Azərbaycanda keçiriləcək əhalinin növbəti siyahıya alınmasına həsr olunan mətbuat konfransında Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov bildirib: “Artıq siyahıyaalmaya start verilib. Heydər Əliyev Hava Limanında, Dəmiryolu Vağzalında və Bakı Beynəlxalq Avtovağzalında siyahıyaalma gecə yarısından başlayıb. Biz bu məlumatları əldə etmişik. Gecə saatlarında nəqliyyat vasitələri ilə ölkəni tərk edən və ya ölkəyə gələn bütün vətəndaşlar artıq siyahıya alınıb. Səhər saat 8:00-dan isə ünvanlarda əhalinin siyahıya alınmasına başlanıb”.


Komitə sədri siyahıyaalmanın ölkələr arasında müqayisələr aparmaq baxımından əlverişli vasitə olduğunu qeyd edib: "Bilirsiniz ki, bu siyahıyaalma BMT-nin Əhali və Mənzil Fondunun siayhıyaalma raundu əsasında keçirilir. Siyahıyaalma BMT tərəfindən hər 10 ildən bir bütün ölkələrə tövsiyə olunur. Ona görə də, bu raundda tək Azərbaycanda deyil, demək olar ki, dünyanın bütün ölkərində siayhıyaalma keçiriləcək. Raund dedikdə, yəni 2020-ci ildən 1 il əvvəl və 1 il sonrakı dövr nəzərdə tutulur. Məqsəd də ondan ibarətdir ki, ölkələrin əldə edəcəyi nəticələrin müqayisəliliyi təmin oluna bilsin”.


Xatırladaq ki, bu gün start götürən və 10 gün davam edəcək siyahıyaalmada prosesində 720 siyahıyaalma məntəqəsi, 6777 təlimatçı, 33907 sayıcı məntəqə fəaliiyət göstərəcək.

Nə düşünürsən?