Загрузка...

“Huawei Mobile Services” ekosisteminin imkanlarını təqdim edib

01.10.2019 | 1 | 0

HUAWEI Consumer Business Group-un baş direktoru Riçard Yu HUAWEI Mobile Services (HMS) əvvəlcədən quraşdırılmış mobil tətbiq və xidmətlər paketini ictimaiyyətə ilk dəfə olaraq təqdim etdi. Bu paket bütün dünyada istifadəçilərə gündəlik tapşırıqların daha sürətli və rahat həlli üçün yeni imkanlar təklif edir.


HUAWEI AppGallery, HUAWEI Browser, HUAWEI Mobile Cloud, HUAWEI Themes, HUAWEI Music, HUAWEI Video, HUAWEI Reader, HUAWEI Assistant servisləri və, HMS ekosisteminə daxil olan digər tətbiq və xidmətlər bütün dünyada işə salınıb və HUAWEI məhsullarının vacib tərkib hissəsinə çevrilib.


HUAWEI Browser — Mate 30 seriyasından smartfon istifadəçilərinə səhifələrin sürətli yüklənməsi, şəbəkədə rahat axtarış və tam məxfiliyə zəmanət verən təhlükəsiz və istifadəsi rahat mobil brauzerdir. Bu gün brauzerin aylıq aktiv auditoriyası 200 milyondan çoxdur.  


HUAWEI Mobile Cloud —hesabın identifikasiyasından tutmuş məlumatların ötürülməsi və mühafizəsinədək istifadəçilərin məlumatlarının hərtərəfli mühafizəsini təmin edən bulud servisidir. Servis şəkil, video və əlaqə nömrələri kimi şəxsi məlumatları qorumağa imkan verir və istifadəçilərə fayllarını təhlükəsiz şəkildə idarə etməyə kömək edən çoxkanallı sinxronlaşmanı təmin edir. Servisin aktiv istifadəçilərinin sayı 160 milyona çatıb. 


HUAWEI Themes menyu mövzularına tənzimlənən bloklama ekranı, fərdiləşdirilmiş tətbiq nişanları və menyu üçün on minlərlə əlçatan dizayn daxildir. Servisin aktiv istifadəçilərinin sayı 70 milyonu keçib.


Bundan əlavə, HUAWEI Mobile Services HUAWEI Mate 30 smartfonlarının istifadəçilərinə zəngin keyfiyyətli audio və video kontent seçimi təklif edəcək. HUAWEI Music servisində istifadəçilərə on milyonlarla musiqi kitabxanası, məşhur mahnı siyahıları və audio kitablarla kanalların olduğu geniş çeşiddə müxtəlif audio kontent və tətbiqlər təqdim olunacaq. Hal-hazırda HUAWEI Music servisi dünyanın 70-dən çox ölkə və regionunda əlçatandır və ayda 150 milyondan çox insana xidmət göstərir.


Youku, Mango TV, Sohu.com, Jetsen Huashi Wangju, HUACE FILM&TV, Sony, Disney və digər qlobal tərəfdaşlarla əməkdaşlıq edən HUAWEI Video video servisi istifadəçilərə geniş çeşiddə audio və video kontent seçimi təklif edir. Youku və Mango TV-dən məşhur yayımlar, on minlərlə Hollivud və Çin kinofilmləri, öyrədici, əyləncəli proqram və təhsil proqramları istifadəçilərin xidmətindədir. Hal-hazırda HUAWEI Video servisi Çin, İspaniya, İtaliya və digər ölkələrdə istifadəçilər üçün əlçatandır, aylıq auditoriya isə 130 milyondan çoxdur. 


HUAWEI Reader servisi istifadəçilərə klassik ədəbiyyatdan tutmuş müxtəlif kateqoriyalarda bestsellerlə kimi bir milyondan çox kitaba giriş təqdim edən IReader Technology, Dianzhong Technology, Ali Literature və China Literature daxil olmaqla Çin bazarında onlarla tərəfdaşla əməkdaşlıq edir. Yaxın zamanlarda HUAWEI Reader qlobal bazara çıxacaq və beynəlxalq rəqəmsal oxu platformasına çevriləcək. 


HUAWEI Assistant virtual köməkçisi HUAWEI Mate 30 smartfonlarının satışa buraxılması ilə hamı üçün əlçatan olacaq. Onun sayəsində barmağı ekranda bir dəfə sürüşdürmək bir sıra servis, qlobal axtarış, xəbər lentləri və digər ağıllı servislərə giriş üçün kifayət edəcək. Xəbər lentlərinin məlumat servisi dünyanın 82 ölkə və regionunda 30 ildə işləyir və, vacib hadisələr barədə intellektual xatırlatmaları və fond bazarları haqqında 150-dən çox informasiya mənbəyi təklif edir. 


Mate 30 seriyasından smartfonlarda HUAWEI AppGallery tətbiq paylama platforması quraşdırılır. 2018-ci ilin aprel ayında bütün dünyada buraxıldığı andan  HUAWEI AppGallery aylıq auditoriyası dünyanın 170 ölkə və regionundan 390 milyondan artıq təşkil etmiş, il ərzində istifadəçilər servisdən 180 milyard yükləmə həyata keçirmişdir. 


HMS ekosisteminə daha çox tərtibatçı qoşulduqca, HUAWEI AppGallery platformasında yerləşdirilən məşhur xarici tətbiqlərin sayı da artır. 


HUAWEI AppGallery eyni anda həm qlobal, həm yerli platformadır. O, Mate 30 istifadəçilərinə coğrafi vəziyyəti və seçilmiş ölkəyə uyğun olaraq intellektual tövsiyələr təklif edir. Tövsiyələr servisi tətbiqlərin yerləşməsi, auditoriya arasında məşhurluğunu nəzərə alaraq HUAWEI Mate 30 xüsusi imkanları hesabına onlardan hər birinin optimal variantını təklif edir.


HUAWEI Quick App servisi də Mate 30 seriyasının satışlarının başlaması ilə bütün dünyada əlçatan olacaq və tərtibatçılara Çin bazarında sınaqdan keçən Quick App standartlarını açacaq. O, istifadəçilərə quraşdırılması tələb olunmayan və ekrana bir toxunuşla əlçatan olan tətbiqlərin üstünlüklərini açacaq. 


HUAWEI Ability Gallery — kənar tərtibatçılara məhsullarını təbliğ etməkdə kömək edən, tətbiqlərin yayılması üçün vahid platformadır. Platforma Mate 30 smartfonlarının satışı başlayan sonra dərhal sonra bütün dünyada əlçatan və açıq olacaq. 


HUAWEI Mobile Services (HMS) platforması və ona daxil olan tətbiqlər HUAWEI-in çipləri, qurğu və bulud servislərinin imkanları effektiv şəkildə istifadə edir və, inteqrasiya olunmuş hazırlama və sınaqdan keçirmə mühiti üçün əsas HMS Core servisləri, alət və platformaları ehtiva edir. Kənar tətbiq və servislərlə birlikdə HMS bütün dünyada HUAWEI qurğularının 570 milyon istifadəçisi üçün intellektual mobil ekosistem hazırlayır. 


Bu gün HMS ekosistemi artıq 1,01 milyon qeydiyyata alınmış tərtibatçını cəlb edib.


Ekosistemin bütün imkanlarına giriş əldə etmək üçün tərtibatçılar sadəcə müvafiq gəlişdirmə vasitələri dəstlərini (SDK) öz tətbiqlərinə inteqrasiya etməlidir. Tərtibatçılara açıq imkanlarla intellektual ekosistem və HMS-ə sürətli giriş təqdim etmək məqsədilə HUAWEI 9 əsas servis və 5 artım üçün servis olmaqla 14 HMS servisi rəsmi olaraq açıb. İndiyədək HMS Core ilə bütün dünyadan tərtibatçıların 45 min tətbiqi inteqrasiya olunmuş, son il ərzində artım 65% təşkil etmişdir. 


HUAWEI Map Kit alətləri 2019-cu ilin oktyabr ayından sonra xarici tərtibatçılar üçün əlçatan olacaq və onlara müxtəlif innovasiya tətbiqlərini yaradan zaman kartdan istifadə imkanını təqdim edəcək. HUAWEI-in mobil qurğuları, saat və bilərzikləri üçün HUAWEI Health tətbiqi də HUAWEI Map Kit kart dəstinə giriş əldə edəcək. 


HMS ekosisteminə daha çox tərtibatçı və tətbiq cəlb etmək məqsədilə HUAWEI cəmiyyətin inkişafına yatırılan investisiyaları 1 milyar yuandan 1 milyard dollaradək artırmış və “Shining Star” proqramını əhəmiyyətli dərəcədə yeniləmişdir. İnvestisiyaların 80%-I tətbiq gəlişdirmə sahəsində qlobal investisiyaların təbliği və sürətləndirilməsinə yönələcək. Qalan vəsaitlər isə inkişaf, artım və marketinq ehtiyaclarına sərf ediləcək. 


“Shining Star” proqramı gələcəkdə də HUAWEI Mate 30 smartfonları və digər modellərin istifadəçiləri üçün keyfiyyətli və tələbat olan servisləri və kontenti yaradan qlobal tərtibatçıları dəstəkləyəcək.


HUAWEI Mate 30 yeni flaqman seriyasının satışa buraxılması ilə HUAWEI bütün dünyada istifadəçilərin rahatlığının artırılmasına yönələn tam intellectual ekosistemi qurmağa davam edir. 


HUAWEI HUAWEI Mobile Services mobil servis ekosisteminin imkanları barədə danışdı və yeni HUAWEI Assistant servisini Beynəlxalq MBLT Konfransının iştirakçılarına təqdim etdi.


Açıq HUAWEI Mobile Services ekosistemi HUAWEI mobil qurğuları, ağıllı saat və bilərzikləri, əsas avtomobil qurğuları, ağıllı ev və ofis komponentlərini HUAWEI-in və kənar tərtibatçıların milyonlarla tətbiqi və servisi ilə birləşdirir. 


Mobil servislərin lazımi qaydada işləməsi üçün HUAWEI doqquzu əsas, beşi təbliğ üçün interfeys olmaqla 14 HMS Core proqram interfeysini təqdim edib. HMS Core platformasına kartoqrafik məlumat kitabxanası Map Kit), ödəniş sistemi (Wallet Kit), daxilə quraşdırılmış alış sistemi (In-App Purchase), analitika alətləri (Analytics Kit), oyun mərkəzi (Game Service), bildiriş sistemi (Push Kit) və s. daxildir. 


Hal-hazırda tətbiq bütün dünyada 45 000-dən çox HMS Core ilə inteqrasiya olunub. 


Ekosistemin əsas elementi bütün dünyadan istifadəçi və tərtibatçılar arasında sürətlə yayılan HUAWEI AppGallery qlobal tətbiq yayma platformasıdır. Platformanın fərqləndirici xüsusiyyətləri istifadəçilərə tələbatlarına əsasən daha uyğun tətbiq və servisləri tapmağa, tərtibatçılara isə uzun müddət ərzində sabit sayda quraşdırma əldə etməklə məhsullarını effektiv şəkildə təbliğ etməyə imkan verən intellektual tövsiyə alqoritmləri və innovativ təbliğ mexanizmləridir. 


HUAWEI AppGallery platforması hər ay dünyanın 170 ölkəsindən 390 milyon istifadəçiyə xidmət göstərir. Qeydiyyatdan keçən istifadəçilərin ümumi sayı 570 milyonu keçib.


Həmçinin, EMUI 10 interfeysinin açılması ilə əlçatan olan yeni ağıllı köməkçi HUAWEI Assistant təqdim olunub. Yeni servis daha intuitiv interfeys və rahat istifadəçi təcrübəsini təmin etməklə dörd əsas funksiyanı bir araya gətirəcək. Belə ki, ekranı sağa sürüşdürməklə istifadəçi dərhal intellektual servis dəstinə giriş əldə edəcək. Bu servislərə yerli və qlobal axtarış, seçilmiş tətbiq və servislərə sürətli giriş, vəziyyətə uyğun tövsiyələr, reys, restoran və otel bronlama xidmətləri, birja məlumatları və təqvim hadisələri, SmarterCare intellektual xatırlatma sistemi, həmçinin tamamilə yeni fərdiləşdirilmiş xəbər lenti aiddir.


Bu gün HMS platformasına artıq milyondan çox kənar tətbiq tərtibatçısı qoşulub.

Nə düşünürsən?