Məktəblərdə peşə təmayüllü siniflər yaradılır

  • 27.09.2019
  • 0

Ümumi təhsil müəssisələrində peşə təmayüllü siniflərin yaradılmasına başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, X-XI sinif şagirdləri üçün nəzərdə tutulan peşə təmayüllü siniflər ümumi təhsil müəssisələrinin ərazi, eləcə də maddi-texniki tədris imkanları nəzərə alınmaqla müəyyən edilib.

Peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi orta təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etməkdən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir. Təhsilalanlara ilkin sahibkarlıq bacarıqlarının aşılanması, əmək bazarının peşəyönümü hazırlıqlı və əmək qabiliyyətli şəxslərlə təmin edilməsi də layihənin əsas hədəflərindəndir. Bu sinifləri bitirən şagirdlərə attestat ilə bərabər sertifikat da veriləcək.

Təhsil İnstitutunun Baş mütəxəssisi Tural Hətəmxanov deyib ki, yeni siniflər Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabadda yerləşən 20 ümumi təhsil müəssisəsində yaradılıb. Peşə təmayüllü siniflər ümumi təhsil müəssisələrinin ərazi, eləcə də maddi-texniki tədris imkanları nəzərə alınmaqla müəyyən edilib.

Qeyd edək ki, bu siniflərdə təhsil almaq şagirdlərin öz istəkləri ilə reallaşacaq.

Nə düşünürsən?