Bakıda avtobus sürücüsü “avtoşluq” etdi

  • 24.09.2019
  • 0

136 saylı marşrut avtobusunun sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Sürücü içində sərnişinlər olan avtobusu saatda 120 km sürətlə idarə edib.


"Xəzər Xəbər”-in xəbərinə görə, sərnişinlər bu prosesin artıq adi hala çevrildiyinin deyirlər.


Sərnişin avtobusu magistral yolda yüksək sürətlə hərəkət edir.


Saatda 120 ilə gedən avtomobil qarşıdakı sərnişin avtobusuna çata bilmir.Görüntülər Aeroport yolunda lentə alınıb.

Videonu çəkib "Xəzər Xəbər”in vatsap nömrəsinə göndərən sürücü iddia edir ki, Koroğlu Mübadilə Mərkəzindən Bakı kəndlərinə işləyən 136 nömrəli avtobusu yolda "avtoşluq” edir.


Görüntülərdən aydın görünür ki, avtobus sürücüsü bir müddət hərəkəti sol zolaqda davam etdirillər.


Qaydalara görə, avtobusların sürəti 90 km/saatdan çox ola bilməz.Minik avtomobilləri üçün isə bu sürət həddi 120 kilometr saat müəyyənləşib.

Nə düşünürsən?