Altı yaşlı “təhlükəli” caniləri həbs etdiyi üçün polis işdən çıxarıldı

  • 24.09.2019
  • 0

ABŞ-ın Florida ştatında Dennis Terner adlı polis əməkdaşı məktəbdə iki 6 yaşlı uşağı saxladığı üçün işdən çıxarılıb.


AzNews.az-ın məlumatına əsasən, bu barədə “Huffpost” yazır.


Ternerin məktəbdə təhlükəsizlik xidmətinin əməkdaşı olduğu bildirilir. Dərs vaxtı uşaqlar özlərini pis aparıblar, bu isə polis əməkdaşının xoşuna gəlməyib və o, uşaqları həbs etmək qərarına gəlib.


Terner məktəblilərin əllərini qandallayıb və patrul maşınına oturdub. Bundan savayı, o, uşaqların birindən barmaq izi götürüb, digərinə isə iynə vurub.


Bildirilir ki, Terner uşaqları nəzarət xidmətinin icazəsi olmadan həbs edib. Məktəblilərin valideynlərinin şikayətindən sonra, departamentin rəhbəri onu işdən çıxarıb və barəsində təhqiqat başlanılıb.

Nə düşünürsən?