Türkiyədə avtomatik dua oxuyan "Duamatik" icad olundu

  • 24.09.2019
  • 0

Bursanın İnegöl qəsəbəsində yaşayan Tayfun Ertürk məzarını tez-tez ziyarət edə bilmədiyi vəfat etmiş anasını yuxuda görüncə "Duamatik" adlanan uzaqdan idarə olunan cihaz icad edib.


Bax.tv ölkə.az-a istinadən bildirir ki, Ertürk sözügedən cihazı ana və atasının məzarları olan Şəhidlər Məhəlləsi qəbirstanlığına quraşdırıb.


Cihaz günəş enerjisi ilə işləyir və hər həftənin cümə axşamı günü işə düşərək "Yasin" surəsini və digər duaları oxuduqdan sonra öz-özünə bağlanır.

Dualar isə dinamiklər vasitəsilə bütün məzarlığa yayılır.


Tayfun Ertürk dəstə olarsa, bu cihazı kütləvi şəkildə istehsal edə biləcəyini deyib.

Nə düşünürsən?