Honq-Konqlu etirazçılar çinlilərin satış mərkəzlərinə hücum ediblər

  • 23.09.2019
  • 0

Honq-Konq polisi dəmiryol vağzallarında və ticarət mərkəzlərində etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Reuters xəbər verib.


Bildirilir ki, yüzlərlə etirazçı Çinin idarə etdiyi müəssisələri boykot etməyə çağırıb. Bundan başqa ticarət mərkəzində iğtişaşlar təşkil edərək yaxınlıqdakı barrikadaları yandırıblar.


Polis etirazçılara cavab olaraq gözyaşardıcı qazdan istifadə edib.


Honq-Konqdakı hazırkı etirazlar  bu keçmiş Britaniya koloniyasının 1997-ci ildə Çinə təhvil verilməsindən bəri ən kütləvi aksiyalar sayılır. Müşahidəçilərə görə, küçələrdə etirazçıların maksimum sayı 1,7 milyon nəfərə çatıb.


Çin hökuməti etirazçıları zorakılıq, vandalizm və "terrorizm"də günahlandırır.

Nə düşünürsən?