Şəhid oğlundan ürəkdağlayan müraciət: "Oğlumun gözü qarşısında ölmək istəmirəm"

  • 23.09.2019
  • 0

Hava balonu ilə yaşamağa məcbur olan şəhid oğlu Azərbaycan Dövlətindən və Xalqın kömək istəyib.

Oxu24.com xəbər verir ki,   Mehdiyev Elxan Elman  oğlu 2004-cu  ildə hərbi xidmətə yollandıqdan  sonra  vərəmə yoluxub. Əsgərliyi başa vurmasına 6 ay qalmış xəstəliyinə görə ordu sıralarından təxris  olunub.Bir ciyərin və hava balonlarının ümidinə qalan şəhid oğlu dəfələrlə aidiyyatı qurumlara müraciət etsə də, ona yardım əlini uzadan olmadığını deyir. Səhhəti günü-gündən pisləşən E.Mehdiyev müalicəsinin Türkiyədə mümkün olduğunu bildirib.

Qeyd edək ki, E.Mehdiyev anası, oğlu, bacısı və onun uşaqları ilə birgə Tərtərin Təzəkənd kəndində torpaq evdə yaşayır. Evin rütubətli olması isə vərəm xəstəsinin vəziyyətinin günü-gündən pisləşməsinə səbəb olub. Dəfələrlə mətbuat vasitəsi ilə müvafiq orqanlara müraciət etsələr də Mehdiyevlər ailəsinin bu dərdinə də əlac olan tapılmayıb.

Şəhid oğlunun sözlərinə görə, maddi imkansızlıq üzündən oğlunu müsəlman etdirə bilməyib. Bu atanın dərdinə əlavə dərd gətirib. Şəhid oğluna kömək etmək istəyənlər üçün əlaqə nömrəsini təqdim edirik: 0553435952

Nə düşünürsən?