Polisə tapança çəkdi, qaçdı, başqa yerdə...

  • 23.09.2019
  • 0

Xızıda polisə silahla hədə-qorxu gələn şəxs tutulub.


APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə rayonun Giləzi qəsəbəsi ərazisində qeydə alınıb. Polis əməkdaşları şübhəli nəqliyyat vasitəsini saxlayan zaman “VAZ 2109” markalı avtomobildən düşən sərnişin asayiş keşikçilərinə silah çəkib. Daha sonra üzərində tapança gəzdirən şəxs oradan uzaqlaşıb.


Həmin şəxsin Giləzi sakini olduğu müəyyənləşdirilib və onun yaşadığı evə baxış keçirilib. Evdən 65 ədəd tapança patronu, 1 ədəd patron darağı, 2 ədəd kabura, qara maska, habelə narkotik vasitə olan marixuana aşkar edilib. Əvvəllər məhkum olunmuş Ağagül Ağayev isə Sumqayıt şəhəri ərazisində yaxalanıb. 


Saxlanılan zaman onun üzərindən “Makarov” markalı tapança, 5 ədəd patron götürülüb: “Faktla əlaqədar Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekusorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanıb”.


Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Nə düşünürsən?