Uşaqların oynadığı top mərmisi...

  • 23.09.2019
  • 0

Mingəçevir su anbarı yaxınlığında top mərmisi tapılıb.


APA TV-nin yerli bürosunun məlumatına görə, suyun çəkilməsi üzə çıxan naməlum əşya ərazidə məskunlaşan ailələrin kiçik yaşlı övladlarının diqqətini çəkib. Hərbi sursatı tanımayan uşaqlar hətta onunla oynamağa cəhd edib. 


Daha sonra ərazidə məskunlaşan məcburi köçkünlər onun mərmi olduğunu görüb, dərhal aidiyyəti qurumlara zəng edib. Polis əməkdaşları və ANAMA-nın xüsusi çevik əməliyyat qrupu əraziyə cəlb olunub. 76 mm-lik top mərmisi (F-354) agentliyin mərkəzi məhvetmə ərazisinə aparılıb.


Ərazidə hər hansı digər təhlükəli əşya tapılmayıb.

Nə düşünürsən?