Nikolun müharibə planı: 7 rayonu uduzur…

  • 21.09.2019
  • 0

Hazırda rəsmi Bakı Ermənistan hakimiyyətinin siyasi arenada və cəbhədəki provokasiyalarına aldanmamalıdır. Nikol Paşinyan və onun Qərbdəki məsləhətçiləri Bakı üçün tələ hazırlayır.


Bu sözləri Axar.az-a rus politoloq, PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi Vitali Arkov bildirib.


Onun sözlərinə görə, Paşinyan açıq-aşkar öz sərsəm ritorikası və hərəkətləri ilə Bakını qıcıqlandırmaga çalışır. Bu, onun planının başlanğıc hissəsidir.


Nikolun planı:


“Sərsəm bəyanatlar, cəbhədə diversiyalar, müəyyən provokasiyalar. Azərbaycan bu diversiyalara cavab olaraq hərəkətə keçir. Ermənistan tərəfi itkilər verərək geri çəkilir. Bütün baş verənlər lentə alınır. Paşinyan və onun komandası ölkədə hərbi vəziyyət elan edir. Bütün mitinqlər, yürüşlər və digər siyasi etirazlar qadağan edilir. Nikolun siyasi səhvləri və uğursuzluqları, büdcə kəsirlərinin, acınacaqlı iqtisadi vəziyyət müharibənin ayağına yazılır”, - deyə rusiyalı ekspert “Nikolun planını” açıqlayıb.


Arkovun sözlərinə görə, bu ssenari Paşinyanın planının birinci hissəsidir, ən çirkin və alçaq hadisələr isə “ikinci hissədə” baş tutur:


“Ermənistan öz güclü lobbisindən istifadə edərək, bütün dünyada “işğalçı-təcavüzkar” damğasını öz üzərindən götürüb, Azərbaycana ötürür. Əlbəttə ki, yuxarıda qeyd etdiyimiz, müharibədən olan görüntüləri istifadə etməklə. “Azərbaycanlılar vəhşidir”, “Yazıq ermənilər belə öldürüldu”, “Yeni erməni soyqırımı” başlıqlı məqalələr ən mötəbər dünya dərgilərinə sifariş olunur. Rusiya və KTMT ölkələrinə sərt ittihamlar irəli sürülür: “Niyə dəstək olmadınız?” Ermənistan rəsmi olaraq KTMT-ni tərk edir. Daha sonrakı mərhələdə Minsk Qrupu həmsədrləri və dünya ictimaiyyəti Bakını müharibəni dayandırmağa çağırır. Plan üzrə Azərbaycan Silahlı Qüvvələri bu ana qədər Qarabağın ətrafındakı 7 rayonu azad edir.


Yeni atəşkəs müqaviləsi bağlanır, Ermənistan “işğal altından” xilas olunmuş, hamının dəstəyinə ehtiyacı olan bir ölkə imicini qazanır. “Artsax özünü müdafiə edə bilmədi” deyib, Dağlıq Qarabağı Ermənistana birləşdirir. Qərbdən “yazıq” statuslu İrəvana böyük vəsaitlər axıdılır. “İşğalçı-təcavüzkar” damğası atılır, iqtisadiyyat bərpa olunur. Paşinyan isə Qarabağı Ermənistana birləşdirən “qəhrəman” kimi tarixə düşür”, - rusiyalı ekspert bildirib.


Politoloq qeyd edib ki, Azərbaycan lideri İlham Əliyevin Qarabağı bir güllə atılmadan qaytara biləcək daha uğurlu planı var və Nikolun planından fərqli olaraq, hazırda hər şey Bakının ssenarisi ilə gedir.


Qeyd edək ki, Paşinyanın belə bir planı olması barədə artıq bir müddətdir erməni və rusiyalı politoloqların iddiasına rast gəlmək mümkündür.

Nə düşünürsən?