Atasını itirən futbolçu qol vurduqdan sonra ağladı

  • 21.09.2019
  • 0

ABŞ ikinci divizionunda “Sakramento Repablik” və “Rio Qrande Valley” komandalarının matçındakı emosional hadisə medianın diqqətini çəkib.

81-ci dəqiqədə meydan sahiblərinin polşalı hücumçusu Darek Formella qol vurub hesabı 2:1 etdikdən sonra ağlamağa başlayıb.

Məlum olub ki, 23 yaşlı futbolçununun xərçəng xəstəsi olan atası oyuna bir neçə saat qalmış dünyasını dəyişib. Amma matça gələn Darek bu haqda heç kimə məlumat verməyib. Formella komanda yoldaşlarına üzlədiyi itki barədə yalnız matçın gedişatında, qol vurduqdan sonra elə meydandaca xəbər verib. 

Nə düşünürsən?