Şəmkirdə maşın aşdı, ölən var

  • 20.09.2019
  • 0

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun Könüllü kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Chevrolet Niva” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşması nəticəsində sərnişin 1969-cu il təvəllüdlü Asəf Cəfərov ölüb, sürücü Göygöl rayon sakini, 1957-ci il təvəllüdlü Müzəffər Şabanov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?