2 nəfəri aldadan dələduz qadın tutuldu

  • 20.09.2019
  • 0

Masallıda dələduzluq və oğurluq edən qadın saxlanılıb.


APA TV-nin cənub bürosunun məlumatına görə, Səmidxan kənd sakini Kəklik Məmmədova tanımadığı bir qadının onu aldadaraq 1000 manat dəyərində qızıl-zinət əşyasını və 50 manat pulunu apardığı barədə polisə şikayət edib. 


Əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini - 1982-ci il təvəllüdlü Fatma Abdullazadə saxlanılıb. Fatma Abdullazadənin ətrafinda həyata keçirilmiş əməliyyat tədbirləri ilə müəyyən edilib ki, o, 1 il əvvəl Masallının Bədəlan kənd sakininin evindən də qızıl və pul oğurlayıb: “Həmin şəxs Bədəlan kənd sakini Fəxrəndə Nağıyevaya məxsus yaşayış evinə qanunsuz daxil olaraq oradan ümumi dəyəri 13000 manat təşkil edən qızıl-zinət əşyalası, 5300 ABŞ dollarını və 500 manat məbləğində pulunu oğurlayıb. Abdullazadə Fatma Niyaz qızı şübhəli şəxs qismində tutulub, ilkin dindirilmə zamanı o, törətdiyi cinayət əməllərini səmimi olaraq etiraf edib”.


Hazırda faktla bağlı cinayət işi üzrə istintaq davam etdirilir.

Nə düşünürsən?