ASAN-la yeni anlaşma memorandumu

  • 19.09.2019
  • 0

Azərbaycan Respubliksaının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi, “VFS Global” şirkəti və İnnovasiyalar mərkəzi arasında anlaşma memorandumu imzalanıb.


“VFS Global” şirkəti dünyanın müxtəlif ölkələrinə visa, pasport və digər vətəndaş xidmətləri göstərən ən böyük şirkətdir. 


Bu barədə daha ətraflı REAL-ın birbaşa efirində Elelktron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov məlumat verib.


Fariz Cəfərov  “VFS Global” şirkəti və İnnovasiyalar mərkəzi arasında imzalanan anlaşma memorandumunun əhəmiyyətindən danışıb: "Bu iliin iyun ayında Bakıda BMT-nin forumu keçirilib. Bu forum çərçivəsində ASAN xidmət modelinin xarici ölkələrdə tətbiqi məqsədi ilə ASAN asosiasiyası yaradılıb. Bu assosiasiyaya bir çox ölkələr daxildir. Bu ölkələrdə ASAN xidmət modeli əsasında Vətəndaş Xidmət Mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bu məqsədlə “VFS Global”-ın böyük şəbəkəsi 147-dənçox ölkədə bu əməkdaşlıq çərçivəsində onların fəaliyyət göstərdiyi ölkələrdə o şəbəkədən isitifadə etməklə ASAN xidmət modelləri əsaında Vətəndaş Xidmət Mərkəzlərinin yaradılması istiqamətində əməkdaşlıq olacaq".


“VFS Global” şirkəti dünyada 147-dən çox ölkədə, eyni zamnada 3000-dən çox məntəqəsi olan böyük bir şirkətdir. Şikət əsasən həm visa xidmətlərinin göstərilməsində bəzi dövlətlər üçün pasport xidmətləri, şəxsiyyət vəsiqələrinin verilməsi və s xidmətləri göstərir.

Nə düşünürsən?