Xırda buynuzlu heyvanlar arasında bilinməyən xəstəlik yayılıb

  • 18.09.2019
  • 0

Xırda bunuzlu heyvanların dırnaqları uzanır, soyulur və çürüyür. Daha sonra heyvanlar bir neçə gün oturaq vəziyyətdə qaldıqdan sonra tələf olurlar.


Lənkəran rayonunun Digah kəndində Ixtiyar Qasımovun təsərrüfatında xırda buynuzlu heyvanlar arasında bilinməyən xəstəlik yayılıb.İxtiyar Qasımov deyir ki,son bir həftədə kütləvi ölüm olub.40 başdan çox heyvanı tələf olub.Hazırda sürüdən cəmi, 23 dənə qoyun qalıb.


Təsərrüfat sahibi deyir ki,xəstəliyin nədən yayıldıgı bilinmir.bu xəstəlik kənddə bir onun təsərrüfatındadır.


Lənkəran Rayon Baytarlıq İdarəsindən problemlə bağlı yeni xəbər tutduqlarını bildiriblər.Baytarlar Digah kəndində xırda buynuzlu heyvanların olduğu təsərrüfatları nəzarətə götürüb.


Qeyd edək ki, Lənkəran Rayon Baytarlıq İdarəsinin rəisi Əzizağa İsgəndərov bildirib ki, heyvanlar vaxtı-vaxtında peyvənd edilir və rayonda epizootik vəziyyət sabitdir.

Nə düşünürsən?