"Maserati" ilə qızı vurub öldürdüyü deyilən sürücü danışdı

  • 18.09.2019
  • 0

Bakının Nərimanov rayonunda “Maserati” ilə 25 yaşlı qızı vurub öldürdüyü iddia edilən sürücü Elvin Qasımzadə danışıb.


Elvin Qasımzadə Unikal.org-a açıqlamasında bildirib ki, haqqında yayılan məlumat yalandır:

“Mən hadisə baş verən yerdə olmuşam. Avtomobillə vurulan yaralı bir xanıma kömək etmişəm. Orada olan heç bir şəxsin eləmədiyini etmişəm. Həmin qızı öz maşınıma qoyub, xəstəxanaya çatdırmışam. Onu xəstəxanaya necə çatdırmağımı da bir Allah bilir”.


Elvin Qasımzadə bildirib ki, hadisəni eşidən bütün yaxınlar narahat olublar: “Dünəndən telefon zənglərim dayanmır. Haqqımda bilmədən yazanlar, paylaşanlar da şərəfsiz insanlardır”.

Nə düşünürsən?