Qubada "Azərişığ"ın maşını aşıb

  • 18.09.2019
  • 0

Qubada "Azərişıq" ASC-yə məxsus maşının dərəyə aşması ölümlə nəticələnib.

Hadisə rayonun Söhüb kəndində qeydə alınıb. avtomobil kənd ərazisində hərəkətdə olarkən idraətemədən çıxıb və aşıb. Nəticədə qurumun iki əməkdaşı Zahid Qurbanov və Namiq Rüstəmov dünyasını dəyişib. 2 nəfər Sumqayıt şəhər sakinləri - 27 yaşlı Saleh Abdullayev və 35 yaşlı İlkin Rəsulov isə ağır xəsarətlərlə Quba rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Cəlilabad rayonunda isə yaşlı qadını avtomobil vuraraq öldürüb. Hadisə Könnə Ələt-Astara magistral yolunun Cəlilabadın Qarazəncir kəndi ərazisindən keçən hissəsində baş verib. Kənd sakini 65 yaşlı Firuzə Əhmədova yolu keçərkən, Bakı itiqamətində hərəkətdə olan avtomobil onu vurub. Yaralı hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?