Bakıda 32 yaşlı ata azyaşlı qızına təcavüz etdi

  • 18.09.2019
  • 0

Bakıda azyaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Fərhad Nəcəfovun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Səyyar Tv milli.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası sentyabrın 30-na təyin edilib. İttihama görə, 1987-ci il təvəllüdlü Fərhad Nəcəfov Bakıda azyaşlı qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib. Azyaşlının anasının şikayəti əsasında saxlanılan ata barəsində həbs-qətimakan tədbiri seçilib. Fərhad Nəcəfovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Nə düşünürsən?