Paşinyanın komandasında daxili parçalanmalar

  • 18.09.2019
  • 0

Ermənistanın Baş naziri Nikol Paşinyan sentyabrın 16-da keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) 1,5 il əvvəl təyin olunmuş rəhbəri Artur Vanetsyan vəzifəsindən azad edilib. O əlavə edib ki, müvafiq sərəncam yaxın günlərdə imzalanacaq. Paşinyan deyib ki, bu qərar Vanetsyanla keçirilən müzakirələrdən sonra və MTX direktorunun razılığı əsasında qəbul olunub.


Nə düşünürsən?