Yenidən qurulan yarımstansiyalar

  • 18.09.2019
  • 0

"Azərenerji" ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsinin rəisi Osman İlyasov "Real intervyu"nun qonağıdır.


"20-yə yaxın yarımstansiyda yenidənqurma nəzərdə tutulur. Kabellər yenidən təzələnir. Lokal skada siteminə qoşulması yerinə yetirilir. Yarımstansiyaların yenidən qurulmasının çox böyük üstünlükləri olacaq. Enerji ötürülmələri fasiləsiz olacaq. Enerjinin dayanıqlı, fasiləsi, qeyr-standart vəziyyətdə varianların olması mümkün olacaq. Yarımstansiyaların idarə edilməsi distansion olacaq. "Azərenerji"də növbətçi dispeçerlər var. Təmir, bərpa zamanı bir xəttin açılması sifariş verilirsə digər xəttə fasilə olmasın deyə başqa varianlar seçilir. Qəza baş verən stansiyada avadanlıqların hamısı dəyişdi. İşin keyfiyyətinə ciddi diqqət var. Kabellər yeniləndi, bütün qurğular yenilənib. İşlər davam edir. Abşeron yarımsansiyasında tikinti işlərinə başlanılıb. Abşeron 500 kvt luq yarımstansiyası ən böyük yarımstaniyadır. 500 KVt, 200KVt yarımstansiyalar yenidən qurulur. Yenidənqurmada yerli mütəxəssislər cəlb edilib. Yerli kadrların hazırlanmasına önəm verilir. Avadanlıqlar Almaniya və digər Avropa ölkələrindən gəlir. Yarımstansiyanın yenidən qurulması üçün müddət onun sxemindən, gərginlik səviyyəsindən asılıdır", - deyə Osman İlyasov bildirib.


Osman İlyasov bildirib ki, Müşfiq yarımstansiyası yenidən qurulub: "Kabellər yenilənib. Abadlıq işləri aparılır. Xırdalan yarımstansiyasında işlər gedir. Tam müasir tələblərə cavab verən formada olacaq. İlin sonuna qədər burada da yenidənqurma işləri başa çatdırılacaq".


"Azərenerji" ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsinin rəisi Osman İlyasov bildirib ki, Gürcüstan, Türkiyə, Rusiya ilə enerji mübadiləsi var.

Nə düşünürsən?