Tramp rəsmən elan etdi: "Səfirlik Tel-Əvivdən Qüdsə köçsün"

  • 07.12.2017
  • 0

ABŞ prezidenti Donald Tramp Qüdsün İsrailin paytaxtı kimi tanındığını rəsmi elan edib. APA TV-nin xəbərinə görə, ABŞ prezidenti bəyanatını mövcud reallığa əsaslanaraq verdiyini bildirib. “Qüdsün rəsmi olaraq İsrailin paytaxtı kimi tanınmasının vaxtı çatıb”, - deyə D.Tramp vurğulayıb. D.Tramp həmçinin əlavə edib ki, ABŞ regionda sülhün əldə olunması üçün əlindən gələni edəcək. Bundan əvvəl ərəb ölkələrinin liderləri ABŞ prezidentinin niyyətini tənqid edib, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr ABŞ prezidenti Trampı Qüdsü İsrailin paytaxtı kimi tanımaqdan və ölkə səfirliyini Qüdsə köçürməkdən çəkinməyə çağırıb. Aİ isə D.Trampın bu qərarının Yaxın Şərq probleminin həlli istiqamətində səylərə xələl gətirə biləcəyi ilə bağlı xəbərdarlıq edib. Qeyd edək ki, bu qərarın ardınca D.Tramp ABŞ səfirliyinin Qüdsə köçürülməsi üçün tapşırıq verib.

Nə düşünürsən?