Keçmiş polis hadisə yerində öldü

  • 18.09.2019
  • 0

Lənkəranda baş vermiş qəzada sürücü ölüb.


APA TV-nin cənub bürosunun məlumatına görə, qəza Vilvan kəndi ərazisində baş verib. 


Lənkəranın Osakücə kənd sakini, 1953-cü il təvəllüdlü Şəmsəddin Babayevin sürücüsü olduğu “VAZ 2107” markalı minik avtomobili qarşıdan gələn Astara rayonu, Maşğan kənd sakini, 1989-cu il təvəllüdlü Rauf Əliyevin idarə etdiyi "Mercedes" markalı yük maşını ilə toqquşub. 


Toqquşma nəticəsində “VAZ 2107” yolun kənarındakı elektrik dirəyinə çırpılıb və sürücü - təqaüddə olan polis işçisi Ş.Babayev hadisə yerində ölüb. Onun meyiti deformasiyaya uğramış avtomobilindən çıxarılaraq ailəsinə təhvil verilib. 

Nə düşünürsən?