Kokorin və Mamayev azadlığa çıxdılar

  • 18.09.2019
  • 0

Futbolçular Pavel Mamayev və Aleksandr Kokorin, həmçinin onun qardaşı Kiril azadlığa buraxılıblar.

“Rg.ru” xəbər verir ki, çərşənbə axşamı onlar Alekseyevka şəhərindəki həbsxananı tərk ediblər.

Futbolçular karyeralarını davam etdirəcəklər. Vəkillərinin sözlərinə görə, Kokorinin “Zenit”lə anlaşması mövcuddur, Mamayev isə “Krasnodar”la müqaviləsini pozduqdan sonra “Krılya Sovetov”a qoşula bilər.

Xatırladaq ki, Kokorin və Mamayev xuliqanlıq maddəsi ilə cəza çəkirdilər.

Nə düşünürsən?