Mikroavtobus “KamAZ”a çırpıldı

  • 18.09.2019
  • 0

Goranboyda yol nəqliyyat hadisəsi baş verib. 


APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Borsunlu kəndinin yaxınlığında qeydə alınıb. 


Bərdə rayon sakini, 1948-ci il təvəllüdlü Əli Əliş oğlu Əhmədov idarə etdiyi “Mercedes Vito” markalı mikroavtobusla Bakı istiqamətində olarkən Şəmkir rayon sakini, 1989-cu il təvəllüdlü Elçin Nizami oğlu Əhmədovun idarə etdiyi qoşqulu “KamAZ”a arxadan çırpılıb. 


Qəza nəticəsində mikroavtobusda olan 4 sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar 1993-cü il təvəllüdlü Rəşad Afiq oğlu Cəfərov, 1984-cü il təvəllüdlü, Türkmənistan vətəndaşı Qayğısız Amangəldiyevic Ağayev və daha iki nəfər ambulator müayinə alaraq evə buraxılıb. 


Qeyd edək ki, “Mercedes Vito”da qəza zamanı 7 sərnişin olub. 


Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?