Загрузка...

Bakıda işıqforun qırmızı işığından keçən avtomobil qəza törədib

18.09.2019 | 5 | 0

Bakının Nəsimi rayonunda yol qəzası baş verib.


APA xəbər verir ki, hadisə Abbasqulu Ağa Bakıxanov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.


Belə ki, Rəşad Məmmədov idarə etdiyi "Toyota" markalı avtomobillə A.Bakıxanov küçəsində hərəkətdə olan zaman işıqforun qırmızı işığında hərəkətini davam etdirən "Jeep" markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə "Toyota"da olan sərnişin yüngül xəsarət alıb.


Faktla bağlı araşdırma aparılır.

yüklənir...
Nə düşünürsən?