Karateçilərimizin növbəti uğuru

  • 17.09.2019
  • 0

Türkiyənin Rizə şəhərində Qaradəniz və Xəzəryanı ölkələr arasında beynəlxalq turnir keçirilib. Uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında reallaşan turnirdə 9 ölkədən 1500-dən çox idmançı mübarizə aparıb.


Yarışa 162 idmançı ilə qatılan Azərbaycan millisi 16 qızıl, 14 gümüş və 17 bürünc medalla komanda hesabında ikinci yeri tutub.


Seçməmizin əldə etdiyi bu uğurda Arpaçay idman klubunun təmsilçiləri də pay sahibi olublar. Rizədə 20 idmançı ilə təmsil olunan komandanın yetirmələri 47 mükafatdan 1/4-ni, yəni, 12-ni aktivlərinə yazdırıblar. Klubun rəhbəri, əməkdar məşqçi, 4-cü dan qara kəmər ustası Yavər Hüseynov idmançıların ilin sonuna kimi daha bir neçə yarışa qatılacaqlarını deyib.


Qarşıdakı yarışlara hazırlıq məqsədi ilə təşkil olunan seminara klubun 120-yə yaxın karateçisi qatılıb.


Məşqlər Yavər Hüseynovla yanaşı, Milli Karate Federasiyasının Kata üzrə baş təlimatçəsə Vahid Eyvazov, bundan başqa klubun məşqçiləri Pərviz Quliyevlə Mehman Əlirzayev tərəfindən keçirilir.


Qeyd edək ki, Olimpiya ümidləri adlı turnir sentyabrın 28-29-da Sərhədçi Olimpiya İdman Kompleksində reallaşacaq.

Nə düşünürsən?