Diqqətsiz sürücü avtomobili ilə havada “uçdu”

  • 17.09.2019
  • 38 baxış
  • 0

Asfalt yığınına çırpılaraq havada "uçan" avtomobilin videosu sosial şəbəkədə yayımlanıb.


Sfera.az-ın avtosfer.az-a istinadən xəbər verir ki, insident Tatarıstanın Leninqrad rayonunda baş verib.


Kadrlarda sürətlə hərəkətdə olan sürücünün idarə etdiyi avtomobili yol kənarına tökülmüş asfalt qırıntılarına çırpdığı görülür. Qəzanın şiddətindən maşın çevrilərək havada "uçur" və qarşı yoldan gələn, eyni zamanda hadisə anını qeydə alan avtomobilin üzərinə düşür.


Bildirilir ki, hadisəni törədən sürücü xəsarətlər alıb.


Digər məlumatlar barədə xəbər verilmir.

Nə düşünürsən?