32 il sonra bir araya gəlib, müəllimlərinin görüşünə getdilər

  • 17.09.2019
  • 0

Məktəb illəri ömrün ən unudulmaz parçası olaraq qalır yaddaşımızda. Məsum günlərimizi paylaşdığımız sinif yoldaşları isə lap dalaşsaq da , küsüşsək də ömürlük və ən təmiz dostlar olurlar.

Görüşmək nəsib olmasa belə illər sonra qarşı-qarşıya gələndə dünən ayrılmış kimi görüşüb xatirələrə baş vurur, yenidən keçmişdə baş verən məzəli hadisələrə birlikdə gülməyi bacarıqıq. Bu gün yəqin evindən məktəbə gedənlər olmasa belə, hər kəs bir anlıq da olsa məktəb illərini xatırlayıb. Bizimyol.info sizi aşağıdakı videoçarxla birlikdə məktəb illərinizi xatirələrinə qayıtmağa dəvət edir.


Sosial şəbəkədə Elçin Mirzəyev adlı bir nəfərin paylaşdığı videoçarx böyük maraqla qarşılanıb. O 32 il sonra məktəb müəlliminin görüşünə gedib və bu kövrək anları paylaşıb:


“Nəhayət 32 il sonra yenidən, məktəbin həyətində sinif yoldaşlarımi bir araya toplaya bildim,ilk ibtidai sinif muəliməmiz Şövkət müəllimənin ziyarətinə getdik. Çox gözəl duyğusal anlar yaşadıq.


Zaman öz işini görür,müəlliməmiz yaşlanib,çox sevinmişdi hər birimizi öz balası kimi bağrına basib qucaqladı,göz yaşlarını tuta bilmirdi,onun bu qədər kovrələceyi ağlıma gəlməzdi.

Nə düşünürsən?