Sabaha olan HAVA PROQNOZU - 17.09.2019

  • 16.09.2019
  • 0

Ən yeni məlumatlar, maraqlı videolar və son xəbərlər!


Azərbaycanda sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, yağmursuz keçəcək.


Cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu Abşeron yarımadasında gecə 20-22, gündüz 26-29, Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti təşkil edəcək.


Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 50-60 faiz olacaq.


Azərbaycanın rayonlarında sentyabrın 17-də hava yağmursuz keçəcək, lakin axşam saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.


Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 17-18-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.



yenikanal,yeni,kanal,son xeberler,azerbaycanda son xeberler,son xabarlar,xeberler,son xeber,xeber,yeni xeberler,son xeberler bugun,xeberler yeni,son deqiqe,xeberler bugun,en son xeberler,bugunun xeberleri,bugunun son xeberleri,tecili xeberler,son deqiqe xeberler,azerbaycan,olke xeberleri,azerbaycan xeberleri,hava durumu,hava haqqinda,hava proqnozu,xeberler bugun 2019,sabaha olan hava proqnozu,son xeberler bugun 2019,hava haqqinda melumat

Nə düşünürsən?