Zakir Həsənovdan aprel döyüşləri ilə bağlı sensasion açıqlama: "Ermənilər yiyələrinin yanına qaçıb yalvardaılar ki,..."

  • 16.09.2019
  • 0

Müdafiə naziri Zakir Həsənov Real TV-də “Mir Şahinin vaxtı” verilişinin qonağı olub.


Oxu24.com  xəbər verir ki, nazir 2016-cı ilin aprel döyüşləri ilə bağlı danışarkən maraqlı  məsələyə də toxunub.


O, döyüşlərin  təfərrüatları barədə danışıb:


“...Boş-boş danışmaq ermənilərə qalacaq. 2016-cı ilə Azərbaycan  Ordusu  kiçik  bir hissəsi ilə Ermənistan  ordusunu  3 gün  ərzində darmadağın etdilər. Onlar  məcbur  qalıb  səfərlik  elan  etdilər... Nə  oldu? Hardadılar   bunlar ? Qaçdılar   dərhal   yiyələrinin  yanına.Yalvardılar  ki,qoymayın, bizi  qırırlar. İnanmıram  ki, yiyələri  ikinci  dəfə  bunların  dalında  dayana  biləcək".


Müdafiə naziri müsahibəsində həmçinin Qarabağda baş verənlərdən də danışıb. Ətraflı videonu təqdim edirik: