Xaçmazın "Çənlibel" parkında nəhəng su kranı (31.12.2013)

  • 15.09.2019
  • 0

Xaçmazın "Çənlibel" parkında nəhəng su kranı (31.12.2013)


Xaçmaz şəhərinin giriş hissəsində yerləşən "Çənlibel" parkının açılışı 2012-ci ilin iyun ayında olub. 6 hektar ərazisi olan bu istirahət mərkəzinin inşasına 2011-ci ilin noyabr ayından başlanılıb. Burada süni çaylar yaradılıb və onların üzərində 20-yə yaxın körpü inşa olunub. Bundan əlavə, parkda 16 metr hündürlüyündə Azərbaycanın xalq qəhrəmanı Koroğlunun abidəsi qoyulub. Ərazidə heykəllər və müxtəlif heyvan fiqurları var. 12 metr hündürlükdən axan şəlalə isə istirahət mərkəzini daha da gözəlləşdirir. Parkda Koroğlu dastanının müxtəlif qəhrəmanlarının təsvir olunduğu mozaikalara da rast gəlinir. İstirahət mərkəzində qeyri-adi üslubda quraşdırılan su kranları Şollar su kəmərinin rəmzləridir.

Nə düşünürsən?