Tələbələr iş tapmaqda çətinlik çəkirlər

  • 14.09.2019
  • 0

Bəzi tələbələr əsasən ehtiyaclarını qarşılamaq üçün təhsil ala-ala müəyyən işlərdə çalışmaq istəyirlər. Ancaq bəzən onlar ya iş tapmırlar ya da müəyyən işədüzəltmə şirkətlərinin fırıldağının qurbanı olurlar. Tələbələr dərsdən sonra və ya əvvəl hansı işlərdə işləyə bilər və aldanmamaq üçün nələrə diqqət etməlidirlər. Bu arada bəzi universitetlər tələbələrini işlə təmin etmək üçün müəyyən addımlar atıblar.

Tələbələr arasında apardığımız sorğudan aydın olur ki, onların əksəri dərsdən əvvəl və ya sonra müəyyən işlərdə çalışmaq istəyirlər. Ancaq onların bu istəyi bəzən nəticəsiz qalır. Aylarla iş axtaran tələbə ya iş tapa bilmir ya da hansısa işədüzəltmə şirkətinin fırıldağının qurbanı olur

HR üzrə mütəxəssis Cahan Hummadova tövsiyyə edir ki, ilk növbədə tələbələr inkişafları üçün öz ixtisasları üzrə iş tapsalar yaxşı olar. Onun sözlərinə görə, bu aylarda işləmək üçün işə düzəltmə şirkətlərinə müraciət edənlərin sayı artır. Ən çox tələb mağazalarda satıcı, nəzarətçi, restoranlarda inzibatçı və ofsiant kimi işlərədir. Bəzi böyük firmalar tələbələrlə işləməkdə maraqlı olsalar da, bu sahədə bəzən aldadılma faktları olur. Tələbələrə tövsiyyə edilir ki, aldanmamaq üçün mütləq müraciət etdikləri şirkəti araşdırsınlar.

Bu arada bəzi universitetlər artıq öz tələbələrini işlə təmin etmək üçün müəyyən addımlar atıblar. Universitetlərdən birinin Tələbə Həmkarlar İttifaqının sədri olan Şahin Sərdarlı deyir ki, universitet olaraq müəyyən şirkətlərlə danışıqlar aparıblar. Universitetin tələbələri dərsdən sonra və ya əvvəl həmin şirkətlərdə işlə təmin olunacaq.

Nə düşünürsən?