Yıxılan uşaq valideynlərinin əlində can verdi

  • 14.09.2019
  • 0

Yevlaxda azyaşlı ölüb.


APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, hadisə Xaldan kəndində - İsmayılovlar ailəsində qeydə alınıb. 


2013-cü il təvəllüdlü İsmayılov Dəniz Vasif oğlu yıxıldıqdan sonra halı pisləşib. Dənizin  vəziyyətinin durmadan ağırlaşdığını və hərəkətsiz hala düşdüyünü görən valideynləri onu təcili Mingəçevir şəhərinə - xəstəxanaya çatdırmağa çalışıb.


Amma uşaq yolda keçinib. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında ilk müayinə zamanı Dəniz İsmayılovun öldüyü məlum olub.


Ölümə daxili qanaxma səbəb olub. 


hadisə ilə bağlı araşdırma başlanıb.

Nə düşünürsən?