Xəstələri xilas etmək üçün pəncərədən atdılar

  • 14.09.2019
  • 0

Braziliyada xəstəxanada başlayan yanğın faciəyə səbəb olub.

APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, hadisə Rio-De-Janeyro şəhərinin şimalında yerləşən tibb ocaqlarından birində qeydə alınıb. Yanğınsöndürənlər insan itkisinin qarşısını almaq məqsədilə bəzi pasientləri pəncərədən çarpayıqarışıq atmaq məcburiyyətində qalıb. Yaralı sayı çoxdur. Təxliyə zamanı 3 yaşlı insan ayaq altında qalaraq can verib. 

Yanğın günün günorta çağı başlayıb. Alov axşam saatlarına qədər çətinliklə ram edilib. Səbəblər məlum deyil. Ehtimala görə, yanğın laboratoriyadan qaynaqlanıb. 

Yanğınsöndürən maşınların sayının çoxluğu yaxınlıqdakı küçələri bağlamaq məcburiyyəti yaradıb. Tibbi personal zəhərlənən və xəsarət alanlara vaxtında müdaxilə etmək üçün ərazidə düşərgə qurub. 

Nə düşünürsən?